Şahin Musatafeyev İtaliya şirkətlərini Azərbaycanda həyata keçirilən investisiya layihələrində birgə iştiraka dəvət edib
Digərləri 19 İyl 2018 17:31:37 322 0
İqtisadiyyat naziri Şahin Mustafayev İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi ilə görüşüb.
Bakı.
İqtisadiyyat naziri Şahin Mustafayev İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi ilə görüşüb.
Trend-in məlumatına görə, görüşdə Şahin Mustafayev Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və iqtisadi əməkdaşlığımızın uğurla davam etdiyini diqqətə çatdırıb, əlaqələrin inkişafında qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini vurğulayıb: "İtaliya Respublikasının Prezidenti Sergio Mattarellanın Azərbaycana səfəri çərçivəsində keçirilən Azərbaycan-İtaliya biznes forumunda dövlət başçılarının iştirakı ikitərəfli əlaqələrə verilən böyük önəmin göstəricisidir. İqtisadiyyatın bir sıra sahələrində əlaqələrimiz uğurla inkişaf edir. Sumqayıt Kimya Sənaye Parkının ərazisində İtaliyanın “Maire Tecnimont” şirkəti ilə əməkdaşlıq çərçivəsidə “SOCAR Polymer” layihəsi üzrə inşa edilən polipropilen zavodu Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının bariz nümunəsidir".
İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğunu vurğulayan Şahin Mustafayev qeyd edib ki, İtaliya tərəfindən Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırılıb, Azərbaycan isə İtaliyaya 135 mln. dollar investisiya qoyub.
Nazir Şahin Mustafayev iki ölkə arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu diqqətə çatdırıb, enerji, kənd təsərrüfatı, sənaye, ticarət, investisiya, nəqliyyat, ekologiya və s. sahələrdə əməkdaşlığn inkişafı üçün geniş imkanları qeyd edib: "Azərbaycan bu potensialın reallaşdırılması və ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Ölkəmizdə fəaliyyət göstərən bir sıra müəssisələrdə İtaliya texnologiyalarından istifadə olunur. Bununla belə, kənd təsərrüfatı və sənaye sahələrində istifadə üçün İtaliyadan müasir avadanlıqlar idxal edilə bilər".
Mənbə: az.trend.az