Bakıda yeni açılan 2 marşrutun fəaliyyətə başlayacağı gün məlum oldu


Digərləri 19 İyl 2018 16:54:00 283 0

Bakıda yeni açılan 2 marşrutun fəaliyyətə başlayacağı gün məlum oldu

Bakıda yeni açılan marşrut xəttinin fəaliyyətə başlayacağı vaxt məlum olub.

Bakı. Samir Əli - Bakıda yeni açılan marşrut xəttinin fəaliyyətə başlayacağı vaxt məlum olub. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, 7A və 7B müntəzəm marşrut xətlərinin fəaliyyətə başlaması istiqamətində aparılan işlər yekunlaşıb. Marşrut xətləri iyulun 21-dən istifadəyə veriləcək. Marşrut üzrə “BakuBus” MMC-yə məxsus avtobuslar fəaliyyətə başlayacaq. 7A və 7B müntəzəm marşrut xətlərinə kondisionerli avtobuslar buraxılacaq. Bu avtobuslar “İveco Crealis” və “İveco Urbanway” markalı avtobuslardır.