Almaniyada əməliyyat


Dünya 19 İyl 2018 16:34:00 224 0

Almaniyada əməliyyat

Almaniyada keçirilən əməliyyat zamanı İŞİD terror təşkilatının üzvü olduğu ehtimal edilən şəxs saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, əməliyyat Almaniya Baş prokurorluğunun tələbi ilə Saksoniya federal torpağında keçirilib.

Əməliyata əsasən 22 yaşlı Suriya vətəndaşı A.A.İsmayılın mənzilində axtarış aparılıb.

Saxlanılan şəxs İŞİD terror təşkilatının təbliğ edilməsində ittiham olunur.

A.A.İsmayılın bu gün məhkəmə qarşısına çıxarılacağı bildirilir.