Premyer Liqa klubu Fransadan futbolçu aldı


İdman 19 İyl 2018 16:16:00 311 0

Premyer Liqa klubu Fransadan futbolçu aldı

Transfer bazarında kifayət qədər fəal olan Brighton heyətini yeni futbolçu ilə gücləndirib. Goal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın Lille klubunun yarımmüdafiəçisi İv Bissumanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 5 illik müqaviləyə imza atıblar. Fransa təmsilçisi bu transferdən 20 milyon avro qazanıb.

Mali yığmasının da şərəfini qoruyan Bissuma, məhz Lille-in yetirməsidir. O, 2016-cı ildən bu klubun əsas komandasında forma geyinirdi.