Kanalda batan şəxsin axtarışları aparılır


Digərləri 19 İyl 2018 16:04:00 275 0

Kanalda batan şəxsin axtarışları aparılır

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunun Aşağı Surra kəndində kanalda 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.​​