Ata 7 yaşlı qızını illərlə zorladı: "Anamın məcburiyyəti ilə..."


Dünya 19 İyl 2018 15:59:00 333 0

Ata 7 yaşlı qızını illərlə zorladı: "Anamın məcburiyyəti ilə..."

Türkiyənin "MTV", "Eurosport" kimi əyləncə və tematik telekanal sahibi Fatih Oflaz qızını cinsi istismara məruz qoymaqda ittiham edilir.

Son.az xəbər verir ki, 17 şirkəti və milyon dollarlıq sərvəti olan F.Oflazın qızı məhkəmədə başına gələnləri danışıb. Qız yaşadıqlarına görə atasından, onu atasının evinə göndərən anasından, onu qorumayan qardaşından və mübarizə apara bilmədiyinə görə özündən də nifrət etdiyini deyib:

"Atam hər zaman despot bir insan olub. Hər şey onun istədiyi kimi olmalı idi. 7 yaş yarım olandan 15 yaşıma qədər davamlı olaraq atamın cinsi istismarına məruz qalmışam. Anamla ayrılandan sonra anamın məcburiyyəti ilə daim atamın evinə gedirdim. İllərlə heç nə demədim, heç nə olmamış kimi davranırdım. Lakin həmin illərdən etibarən gecələr yata bilmirəm. Axırda hadisəni danışıb gerçəklərlə üzləşməyə qərar verdim. Nə bu şikayət, nə də məhkəmənin qərarı mənim yaşadıqlarımı dəyişdirəcək. Mənim həyatım məhv oldu. Dünyada tək qalmışam. Ömür boyu bu xəstəliyə məhkum olacam".

Məlumatda bildirilir ki, hadisə bir gün qız yenə də anasının məcburiyyəti ilə atasının yanına göndərilərkən baş verib. O, hər şeyi ana nənəsinə danışıb. İddiaya görə, qız 3 dəfə intihara cəhd edib, sonra isə psixoloji dəstək alıb.