Komandadan qovulan futbolçuya dünya çempionatının medalı veriləcək


İdman 19 İyl 2018 15:53:00 325 0

Komandadan qovulan futbolçuya dünya çempionatının medalı veriləcək

Rusiyada keçirilən 2018-ci il dünya çempionatının gedişində Xorvatiya millisinin heyətdən kənarlaşdırılan Nikola Kaliniçə gümüş medal veriləcək. Goal.az xəbər verir ki, bu barədə mundialın finalında Fransa kollektivinə 2:4 hesabı ilə uduzan Xorvatiya millisinin press-ataşesi Tomislav Paçak bildirib.

“Yığma üzvləri qərara gəldilər ki, Kaliniç də dünya çempionatının medalını alsın”, - Paçak 24sata.hr saytına söyləyib.

Kaliniç qrup mərhələsində Nigeriya ilə görüşün sonlarında (2:0) əvəzetmədən meydana daxil olmaqdan imtina etdiyi üçün heyətdən kənarlaşdırılmışdı.