Tarix İnstitutunda soyqırımları ilə bağlı Beynəlxalq Mərkəz işə başladı


Digərləri 19 İyl 2018 15:40:00 304 0

Tarix İnstitutunda soyqırımları ilə bağlı Beynəlxalq Mərkəz işə başladı

Dünya tarixçilərinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun nəzdində türk-müsəlman xalqlarına qarşı soyqırımları problemi ilə əlaqədar beynəlxalq əlaqələndirmə mərkəzi fəaliyyətə başlayıb.

Son.az xəbər verir ki, İnstitutdan Trend-ə verilən məlumata görə, bunu institut direktoru, akademik Yaqub Mahmudov Elmi Şuranın iclasında deyib.

Y.Mahmudov bildirib ki, soyqırımla bağlı əlaqələndirmə mərkəzinin yaradılması barədə qərar "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları və deportasiyalar" mövzusunda Qusarda keçirilən V Beynəlxalq elmi konfransda qəbul olunub:

"Prezident İlham Əliyev soyqırımı probleminə həsr olunmuş beynəlxalq elmi konfransların fəaliyyətini həmişə diqqət mərkəzində saxlayır və konfrans iştirakçılarına ənənəvi müraciət məktubları ünvanlayır. Soyqırımı problemini daha dərindən araşdırmaq üçün dünyanın müxtəlif ölkələrindən olan alimlərin tədqiqatlarının əlaqələndirilməsi zəruridir".