Cüdoçularımız Avropa çempionatında 5-ci yeri tutub


Digərləri 19 İyl 2018 15:45:00 217 0

Cüdoçularımız Avropa çempionatında 5-ci yeri tutub

Rusiyanın Yekaterinburq şəhərində cüdo üzrə komandalar arasında Avropa çempionatı keçirilib.

Bakı. Rusiyanın Yekaterinburq şəhərində cüdo üzrə komandalar arasında Avropa çempionatı keçirilib. Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, 21 ölkənin mübarizə apardığı çempionatda Azərbaycan millisi də iştirak edib. Qrup mərhələsində Polşaya qalib gələn yığma ikinci qarşılaşmasında Hollandiyaya məğlub olub. Rumıniya komandasına qalib gələn cüdo millimiz təsəlliverici görüşdə Avstriya yığmasına uduzub.