Kənd Təsərrüfatı Nazirliyindən qarpızın bahalaşmasına


Digərləri 19 İyl 2018 15:31:00 266 0

Kənd Təsərrüfatı Nazirliyindən qarpızın bahalaşmasına

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda satılan qarpızın qiymətinin artmasına münasibət bildirib. 

Son.az report-a istinadən xəbər verir ki, qurumun mövqeyini mətbuat xidmətinin rəhbəri Anar Hüseynov açıqlayıb. 

Onun sözlərinə görə, son zamanlar sosial mediada qarpızın bahalaşması ciddi müzakirə olunur və nazirliyə bununla bağlı müraciətlər daxil olur: "Nazirlik nəinki qarpızın, ümumiyyətlə, heç bir məhsulun qiymətinin müəyyən olunmasında iştirak etmir. Liberal iqtisadiyyatlarda bazar qiymətləri tələb-təklif əsasında formalaşır. Bizim missiyamız fermerləri hansısa məhsulun əkilib-becərilməsi ilə bağlı məlumatlandırmaq, tövsiyə vermək, onları aqrotexniki qulluq qaydaları ilə bağlı maarifləndirmək, fitosanitar xidmət göstərməkdir.