Hollandiyalı hücumçu Fenerbahçe-nin planlarını pozdu


İdman 19 İyl 2018 15:34:00 281 0

Hollandiyalı hücumçu Fenerbahçe-nin planlarını pozdu

Sporting-dən getmək istəyən Bas Dost fikrindən daşınıb. Goal.az xəbər verir ki, hollandiyalı hücumçu klub rəhbərliyi ilə ortaq məxrəcə gəlib. Yaxın günlərdə tərəflər müddəti 2021-ci ilədək olan yeni müqaviləyə imza atacaqlar. Futbolçunun buraxılış qiyməti isə 60 milyon avro olacaq.

Bir müddət öncə Sporting-in azarkeşlərinin futbolçulara hücum etməsindən sonra hollandiyalı futbolçu klubla olan müqaviləsini birtərəfli olaraq ləvğ etmişdi. İşi FİFA-da olan, bu səbəblə də azad agent statusu ala bilməyən futbolçunun vəziyyətini ürsət bilən Fenerbahçe onun transferinə çalışırdı.