Sabiq MTN əməkdaşının cinayət işi prokurorluğa qaytarıldı


Digərləri 19 İyl 2018 15:22:00 325 0

Sabiq MTN əməkdaşının cinayət işi prokurorluğa qaytarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tofiq Rəcəbovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkilinin qaldırdığı vəsatətə münasibətlə bağlı qərar elan olunub.

Ötən prosesdə vəkil vəsatətində bildirmişd ki, istintaq dövründə müvəkkilinə qarşı kobud qanun pozuntular olub. O, cinayət işinin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını istəmişdi.

Məhkəmə vəsatəti təmin edib. Cinayət işi prokurorluğa qaytarılıb.

İttiham aktına əsasən, T.Rəcəbov Bakı şəhər sakini Taleh Həsənovun 124 min manat pulunu ələ keçirməkdə ittiham olunur. O, həmin pul qarşılığında T.Həsənovun torpaq sahəsini sənədləşdirmə vədini verib. Lakin sonradan vədinə əməl etməyib.

T.Rəcəbov barəsində həbs qətimkan tədbiri seçilməyib.

T.Rəcəbov qızıl biznesi ilə məşğul olub.