Stolüstü tennisçilərimiz gənclər arasında Avropa Çempionatının finalında


Digərləri 19 İyl 2018 15:07:00 342 0

Stolüstü tennisçilərimiz gənclər arasında Avropa Çempionatının finalında

14-24 iyul 2018-ci il tarixlərində Rumıniyanın Kluj-Napoka şəhərində stolüstü tennis üzrə gənclər arasında Avropa Çempionatı keçirilir.

Bakı. 14-24 iyul 2018-ci il tarixlərində Rumıniyanın Kluj-Napoka şəhərində stolüstü tennis üzrə gənclər arasında Avropa Çempionatı keçirilir. Bu barədə Trend-ə Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib. 44 ölkədən 42 kişi və 39 qadın komandasının iştirak etdiyi çempionatda oğlanlardan ibarət komandamız çempionatın 1/8 mərhələsi ilə kifayətlənməli olub. Qızlardan ibarət yığmamız isə 1/4 finalda Almaniya yığmasına, yarımfinalda isə Fransa yığmasına qalib gələrək finala vəsiqə qazanıb. Qızlardan ibarət komandamız finalda Rusiya yığması ilə görüşəcək.