Rusiya "Avanqard" raket kompleksinin hazırlanmasını başa çatdırdı


Digərləri 19 İyl 2018 14:44:00 218 0

Rusiya "Avanqard" raket kompleksinin hazırlanmasını başa çatdırdı

Strateji təyinatlı raket qoşunları rəhbərliyi "Avanqard" hipersəsli raket komplekslərinin qəbul edilməsi üçün məntəqələri hazırlamağa başlayıb.

Bakı. Strateji təyinatlı raket qoşunları rəhbərliyi "Avanqard" hipersəsli raket komplekslərinin qəbul edilməsi üçün məntəqələri hazırlamağa başlayıb. Trend-in məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bu tədbirlərin ölkənin hərbi təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində həyata keçirildiyini bəyan edib. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Rusiya müdafiə-sənaye kompleksi yenilənmiş "Avanqard" raketlərinin hazırlanmasını artıq başa çatdırıb. Bildirilir ki, sənaye müəssisəsi artıq kompleksin seriyalı istehsalına başlayıb.