Azərbaycanı “Harop”la təchiz edən İsrail şirkəti bu dəfə unikal zərbə kvadrakopteri hazırladı FOTO


Digərləri 19 İyl 2018 14:35:00 288 0

Azərbaycanı “Harop”la təchiz edən İsrail şirkəti bu dəfə unikal zərbə kvadrakopteri hazırladı  FOTO

İsrailin "İsrael Aerospace İndustries" (İAİ) şirkəti bu günlərdə özünün yeni pilotsuz zərbə-kəşfiyyat sistemini təqdim edib.

Son.az virtualaz.org-a istinadla xəbər verir ki, şirkətin təqdim etdiyi "Rotem" zərbə kvadrakopteri miniatür hədəflərə maksimal dəqiqliklə qəfil hücum etməyə imkan verir.

Silahın nümayişi sərt hava və səhra şəraitində keçirilib. İAİ bildirir ki, "Rotem" bu cür mürəkkəb şərtlərdə hədəfi maksimal cəld aşkar edərək ona effektiv reaksiya verib.

"Rotem" yüngül, döyüş başlıqlı "kamikadze"dir, şaquli qalxıb-enmə imkanlarına malikdir. Bununla da "Rotem" kəşfiyyat, kəşfiyyat-müşahidə və hücum missiyaları üçün işə yarayır.