DİN Qubada baş verən yol qəzası ilə bağlı məlumat yayıb


Digərləri 19 İyl 2018 14:36:00 252 0

DİN Qubada baş verən yol qəzası ilə bağlı məlumat yayıb

Quba rayonunun İsnovqışlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Quba rayonunun İsnovqışlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 18-də saat 10 radələrində Quba rayonunun İsnovqışlaq kəndi ərazisində Cəlilabad rayon sakini Məmmədəli Bayramovun idarə etdiyi “Nissan” və Sumayıt şəhər sakini Elməddin Hüseynovun idarə etdiyi “Hyundai” (avtobus) markalı avtomobillər toqquşub.