“Buta Airways”in təyyarələri ilə Türkiyə kurortlarına necə getmək olar?


Digərləri 19 İyl 2018 13:45:00 295 0

“Buta Airways”in təyyarələri ilə Türkiyə kurortlarına necə getmək olar?

Azərbaycan Turizm Assosiasiyasından (AzTA) Son.az-a verilən məlumata görə, son zamanlar aşağıbüdcəli "Buta Airways" aviaşirkətinin təyyarələri ilə Türkiyə kurortlarına sərnişin daşımaları ilə bağlı turizm şirkətlərinə suallar daxil olur.

Bununla əlaqədar AZTA qeyd edir ki, həmin təyyarələr "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin çarter proqramı çərçivəsində istismar oluna bilər. Hazırda AZAL tərəfindən Boeing 787 Dreamliner, Boeing 767, Boeing 757, Airbus A340, Airbus A320, Airbus A319, Embraer 190 və Embraer 170 tipli müasir hava gəmiləri istismar olunur.

Aviaşirkət bütün istiqamətlərdə təyyarə tipini sərnişinlərin sayından asılı olaraq sərbəst formada seçə bilər.