Tramp Ərdoğana: "Qoca rahibi sərbəst buraxın"


Dünya 19 İyl 2018 13:32:00 251 0

Tramp Ərdoğana: "Qoca rahibi sərbəst buraxın"

ABŞ Prezidenti Donald Tramp rahib Endryu Kreyq Bransonun sərbəst buraxılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, D.Tramp "Twitter" səhifəsində Türkiyədə saxlanılan E.Bransonun həbs müddətinin uzadılması qərarını "utancverici" adlandırıb:

"Ərdoğan bu xristian qocanın sərbəst buraxılması üçün nəsə etməlidir. O, yanlış bir iş görməyib və ailəsinin ona ehtiyacı var".