“Atəşgah” sığorta şirkətinin "Mətbuat" ofisi yeni ünvanda


Digərləri 19 İyl 2018 13:11:52 373 0

“Atəşgah” sığorta şirkətinin "Mətbuat" ofisi yeni ünvanda

“Atəşgah” sığorta şirkətinin "Mətbuat" ofisi yeni ünvanda

Bakı. “Atəşgah” Sığorta Şirkətinin Bakı şəhəri, Mətbuat pr, 18/7 ünvanındakı “Mətbuat” ofisində fəaliyyət göstərən “Zərərlərin tənzimlənməsi İdarəsi” artıq yeni ünvanda müştərilərə xidmət göstərəcək. Şirkətdən Trend-ə verilən məlumata görə, belə ki, “Zərərlərin tənzimlənməsi İdarəsi” 23 iyul 2018-ci il tarixindən etibarən Bakı şəhəri, C. Məmmədquluzadə küç., 998-ci məhəllə ünvanında müştərilərin xidmətində olacaq. Əvvəlki ünvanda isə şirkətin Satış ofislərindən biri öz işini davam etdirəcək. Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat alıb. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.