Rusiya "Poseydon"unun sınağına başladı


Dünya 19 İyl 2018 12:10:00 271 0

Rusiya "Poseydon"unun sınağına başladı

Rusiya Müdafiə Nazirliyi poliqonlarında "Poseydon" adlı pilotsuz sualtı aparatların sınağına başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müvafiq hərbi idarəsindən bildiriblər.

Məlumata görə, "Poseydon" çoxməqsədli okean sistemi olmaqla rəqibin aviadaşıyıcılarına qarşı mübarizə aparmaq və qitələrarası uzaqlıqda sahil obyektlərini məhv etməyə qadirdir.