Skripalı zəhərləyənlər tapıldı: videonəzarət sistemi ilə müəyyən ediblər


Dünya 19 İyl 2018 12:06:00 239 0

Skripalı zəhərləyənlər tapıldı: videonəzarət sistemi ilə müəyyən ediblər

Rusiyanın keçmiş agenti Sergey Skripal və qızı Yuliyanı Böyük Britaniyada zəhərləməkdə şübhəli bilinən şəxslər müəyyən olunub. 

Mili.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ata-balanı zəhərləməkdə bir neçə rusiyalı şübhəli hesab edilir.

Nəşr yazır ki, müstəntiqlər həmin şəxsləri videonəzarət sistemi vasitəsilə müəyyən ediblər. Belə ki, onlar görüntülərdəki adamları təxminən həmin vaxt Britaniyaya gələn insanlarla müqayisə ediblər və onların rusiyalı olduğundan çox əmindirlər.