Kosmosda bədəni dəyişən astronavt evləndi FOTO


Digərləri 19 İyl 2018 11:55:00 242 0

Kosmosda bədəni dəyişən astronavt evləndi  FOTO

54 yaşlı Skot Kelli sabiq astronavtdır. O, Beynəlxalq Kosmik Stansiyada 344 sutka keçirəndən sonra orqanizmində dəyişikliklər baş verib. Belə ki, Kellinin bədənindəki xromosomların sonluqları, yəni telomerlər uzanıb.

Son.az ABC-yə istinadən bildirir ki, normal insanda illər keçdikcə telomerlər qısalır. Bu səbəbdən olaya "Kelli fenomeni" adı verilib.

54 yaşlı Kelli dünən ailə həyatı qurub. O, uzun müddətdən bəri münasibətləri olduğu 44 yaşlı Amiko Kaudererlə evlənib.

Toy ABŞ-ın Texas ştatındakı Hyuston şəhərində olub.


Xəbərə aid fotolar