STP xaricə növbəti dəfə böyük həcmdə ixrac həyata keçirib (FOTO)


Digərləri 19 İyl 2018 11:56:00 262 0

STP xaricə növbəti dəfə böyük həcmdə ixrac həyata keçirib (FOTO)

Dünyada "Made in Azerbaijan” markasını təmsil edən "Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC Qazaxıstana növbəti dəfə məhsul ixracını həyata keçirib.

Bakı. Dünyada "Made in Azerbaijan” markasını təmsil edən "Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC Qazaxıstana növbəti dəfə məhsul ixracını həyata keçirib. Trend-in məlumatına görə, bu dəfə STP sifarişçiyə “BURIL" yarımstansiyasının tikintisi və yenidənqurulmasında istifadə üçün böyük həcmdə 110 kV yüksək gərginlikli kabel məhsulları göndərib. Qeyd edək ki, “BURIL” yarımstansiyası ilə Qazaxıstanın əhalisinə görə üçüncü, ərazisinə görə isə ən böyük Çimkənd şəhərinin bir hissəsi elektrik enerjisi ilə təmin olunacaq. Xatırladaq ki, bundan öncə STP Tacikistanda həyata keçirilən "Ravşan" yarımstansiyasının və "Roqun” hidroelektrostansiyasının yenidənqurulmasında istifadə üçün böyük həcmdə müxtəlif növ kabel məhsulları təqdim etmişdi.