Batmış gəmidə 113 milyard dollarlıq qızıl var? VİDEO FOTO


Digərləri 19 İyl 2018 11:32:00 307 0

Batmış gəmidə 113 milyard dollarlıq qızıl var?  VİDEO  FOTO

Cənubi Koreya sahillərində Çar Rusiyasının "Dmitri Donskoy" kreyseri tapılıb. Batmış kreyserdə 113 milyard dollarlıq qızıl olduğu iddia edilir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 1904-1905-ci illərdə Rusiya-Yaponiya savaşında iştirak etmiş "Dmitri Donskoy" kreyseri Yapon dənizindəki Ullındo adasının sahillərinin yaxınlığında aşkarlanıb. "Shinil Group" şirkəti illərdən bəri bu gəmini arayırdı.

"Gəmi Ullındo adasından 1,3 km aralıda, 434 metr dərinlikdədir", - şirkət mənsubları deyiblər.

Yapon kreyserləri ilə döyüş zamanı çoxsaylı atəşlərə məruz qaldığından "Dmitri Donskoy"un gövdəsində dəliklər az deyil.

"Shinil Group" gəmini sudan qaldırmaq niyyətindədir.

Susima döyüşündə iştirak etmiş "Dmitri Donskoy" Vladivostoka yollanarkən yapon eskadrası ona çatdığından heyət 1905-ci ilin mayın 29-da gəmini batırıb.


Xəbərə aid fotolar