Tanınmış ekspertdən Nazpərinin elmi ad almasına münasibət: "Bir neçə il öncə tələbə adını qazanmışdı"


Şou-biznes 19 İyl 2018 11:28:00 309 0

Tanınmış ekspertdən Nazpərinin elmi ad almasına münasibət: "Bir neçə il öncə tələbə adını qazanmışdı"

Xəbər verdiyimiz kimi, xalq artisti Nazpəri Dostəliyeva elmi dərəcə alıb. Belə ki, onun "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili" adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub.

Xalq artistinin elmi dərəcə alması sosial mediada və şəbəkələrdə heç də birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub.

Son.az xəbər verir ki, məsələ ilə bağlı bizimyol.info-ya təhsil eksperti Kamran Əsədov elmi adların və dərəcələrin verilməsi ilə bağlı qeyri-şəffaflıqdan və mövcud vəziyyətdən danışıb:

"Azərbaycanda elmi adların və elmi dərəcələrin verilməsi elmi tədqiqat işlərinin həyata keçirilməsi şəffaf, obyektiv, ədalətli şəkildə həyata keçirilmir. Bu gün Azərbaycanda kifayət qədər icra hakimiyyəti başçıları, dövlət orqanlarında çalışanlar var ki, professor, elmlər namizədidirlər. Görüntü xətrinə, pafos xətrinə elmi ad alıb, halbuki dünyanın inkişaf etmiş ölkələrində bu kimi hallara heç vaxt rast gəlmək olmaz. Bu ənənə Sovet dövründən qalıb. Mənim xatırladığım qədərilə Nazpəri xanım bir neçə il öncə tələbə adını qazanmışdı. Bu onun məşhurluğundan çox-çox sonra baş verən bir hadisədir. Sonra onun magistratura, aspirantura təhsili ilə bağlı heç bir məqaləyə rast gəlməmişəm. Nəzərə alsaq ki, mən bütün məqalələri araşdırıram.