8 əcnəbinin saxta sənədlərlə Azər­­­­­­bay­cana daxil olmaq cəhdinin qarşısı alınıb (FOTO)


Digərləri 19 İyl 2018 11:30:01 275 0

8 əcnəbinin saxta sənədlərlə Azər­­­­­­bay­cana daxil olmaq cəhdinin qarşısı alınıb (FOTO)

8 əcnəbinin saxta sənədlərlə Azər­­­­­­bay­cana daxil olmaq cəhdinin qarşısı alınıb.

Bakı. Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində son günlərdə 8 əcnəbi vətəndaşın saxta sənədlərlə Azər­­­­­­bay­canın döv­lət sərhədindən keçmək cəhdinin qarşısı alınıb. DSX-dən Trend-ə verilən məlumata görə, 11 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Küveyt-Bakı reysi ilə uçub gələn 1963-cü il təvəllüdlü Dominikan vətəndaşı Muba­rak Hassan Mohsen Saadın təqdim etdiyi pasportda saxta­laş­dırma əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilmiş yox­lamadan sonra sənədin məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırılması təsdiq olunub. 14 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda İstan­bul-Bakı reysi ilə uçub gələn 1988-ci il təvəllüdlü İran İslam Res­­pub­likası vətəndaşı Mehrpour Daryoush Jabrael oğlunun təqdim etdiyi pasportda Fransaya məxsus Şengen vizasının saxta olmasına şübhə yaranıb və dərinləşdirilmiş yoxlama zamanı vizanın hə­qi­qə­tən də saxtalaşdırılması təsdiqini tapıb.