Kiyevin mərkəzində Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub (FOTO)


Digərləri 19 İyl 2018 11:13:02 140 0

Kiyevin mərkəzində Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub (FOTO)

Kiyevin mərkəzində Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub.

Bu xəbəri də oxu: Arzulara daha yaxın!

Bakı. Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi ərazisində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub. Azərbaycan Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, açılış mərasimində Azərbaycan və Ukraynanın mədəniyyət nazirləri Əbülfəs Qarayev və Yevgeni Nişuk, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Kiyev şəhər Dövlət Administrasiyasının rəhbərinin müavini Aleksandr Spasibko, xarici ölkələrin Ukraynadakı səfirləri, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, aparıcı KİV nümayəndələri iştirak ediblər. Parkın rəmzi açılışını bildirən lent kəsildikdən sonra qonaqları salamlayan Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı və tövsiyəsi əsasında şəhərin mənzərəli yerində belə bir park salınıb. A.Xudiyev vurğulayıb ki, səfirlik Ukrayna ərazisində bir neçə bu cür istirahət parklarının salınması üçün işlərini davam etdirəcək. Azərbaycan mədəniyyətini, tarixini dünyada tanıdan nüfuzlu şəxslərin adlarını daşıyan parkların yaradılması xalqımızın milli, mənəvi dəyərlərinin necə zəngin olduğunun göstəricisidir. Kiyevin mərkəzində belə bir parkın açılmasının tarixi hadisə olduğunu qeyd edən nazir Ə.Qarayev bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişi ilə parkın açılışı ilə bağlı ölkəmizdən böyük nümayəndə heyəti iştirak edir. Nazir qeyd edib ki, bu park kiyevlilər və şəhərin qonaqları üçün gözəl istirahət məskəni olacaq. “Parkda Müslüm Maqomayevin heykəli şəhərə xüsusi gözəllik verir. Müslüm Maqomayev dünya xalqlarının sevimlisi olub”, deyə nazir çıxışında əlavə edib. M.Maqomayevin Azərbaycanın dünya şöhrətli musiqiçisi, ecazkar vokal ifaçılığı ilə milyonların qəlbini fəth etdiyini vurğulayan Ukraynanın mədəniyyət naziri çıxışında deyib ki, o bir çox xalqların sarsılmaz mədəni əlaqələrinin təcəssümüdür. Y.Nişuk bildirib ki, M.Maqomayev bütün dünya mədəniyyətinə məxsus ifaçı olub.
Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt like
  • 19 İyl 11:13  
Digərləri Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt

Son.az Trend-ə istinadən UNEC haqqında 10 mühüm faktı təqdim edir:

arrow Ətraflı
Anasını öldürüb, boğazını kəsən oğlunun ifadəsi like
  • 19 İyl 11:09  
Dünya Anasını öldürüb, boğazını kəsən oğlunun ifadəsi

Türkiyənin Kayseri ərazisində oğul ona "İş tap, işlə" deyən

arrow Ətraflı
Rusiya "Poseydon" pilotsuz sualtı aparatların sınağına başladı like
  • 19 İyl 11:02  
Digərləri Rusiya "Poseydon" pilotsuz sualtı aparatların sınağına başladı

Rusiya Müdafiə Nazirliyi poliqonlarında "Poseydon" adlı pilotsuz sualtı apa

arrow Ətraflı
Hindistanda qızı huşunu itirənə qədər zorladılar  FOTO like
  • 19 İyl 11:01  
Dünya Hindistanda qızı huşunu itirənə qədər zorladılar FOTO

Hindistanda yeniyetmə və uşaqlara qarşı təcavüz halları artmaqdadır.

arrow Ətraflı
"Altes Plaza"da yanğın başlayıb like
  • 19 İyl 10:58  
Digərləri "Altes Plaza"da yanğın başlayıb

Bu gün saat 10 radələrində Yasamal rayonu İ. Qurtqaşınlı küçəsində y

arrow Ətraflı
Üç valyutanı birləşdirdik! like
  • 19 İyl 10:55  
Digərləri Üç valyutanı birləşdirdik!

Kapital Bank müştərilərə 3 valyutaya malik Visa Trio Gold, Visa Trio Platin

arrow Ətraflı
Üç valyutanı birləşdirdik! like
  • 19 İyl 10:54  
Digərləri Üç valyutanı birləşdirdik!

Kapital Bank müştərilərə 3 valyutaya malik Visa Trio Gold, Visa Trio Platin

arrow Ətraflı
Aygünün qızı yeni görünüşü ilə təəccübləndirdi like
  • 19 İyl 10:52  
Şou-biznes Aygünün qızı yeni görünüşü ilə təəccübləndirdi

Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə yeni görünüşü

arrow Ətraflı
Azərbaycan və İtaliya prezidentləri Bakıda biznes forumda iştirak ediblər like
  • 19 İyl 10:49  
Siyasət Azərbaycan və İtaliya prezidentləri Bakıda biznes forumda iştirak ediblər

İyulun 19-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes

arrow Ətraflı
İşğaldan azad olunmuş Günnüt kəndinin qədim xalçaları aşkar edildi  FOTO like
  • 19 İyl 10:48  
Digərləri İşğaldan azad olunmuş Günnüt kəndinin qədim xalçaları aşkar edildi FOTO

Naxçıvan Dövlət Xalça Muzeyində "Azərxalça"nın hədiyyə etdi

arrow Ətraflı
68 yaşlı nənə milyonları heyrətləndirdi  VİDEO  FOTO like
  • 19 İyl 10:43  
Digərləri 68 yaşlı nənə milyonları heyrətləndirdi VİDEO FOTO

İndi onu milyonlar tanıyır və o, sosial şəbəkələrin yeni fenomenidir. O

arrow Ətraflı
Bakıda prezidentlərin iştirakı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib like
  • 19 İyl 10:41  
Siyasət Bakıda prezidentlərin iştirakı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və İtaliya Prezidentinin qı

arrow Ətraflı
"Azərxalça" işğaldan azad olunmuş Günnüt kəndinin qədim xalçalarını aşkara çıxarıb (FOTO) like
  • 19 İyl 10:39  
Digərləri "Azərxalça" işğaldan azad olunmuş Günnüt kəndinin qədim xalçalarını aşkara çıxarıb (FOTO)

"Azərxalça" işğaldan azad olunmuş Günnüt kəndinin qədim xalçalarını

arrow Ətraflı