Bakıda turist icarəyə götürdüyü avtomobillə yol hərəkəti qaydasını pozaraq qəza törədib - FOTO - VİDEO - YENİLƏNİB


Sosial 19 İyl 2018 10:21:00 336 0

Bakıda turist icarəyə götürdüyü avtomobillə yol hərəkəti qaydasını pozaraq qəza törədib - FOTO - VİDEO - YENİLƏNİB

Qəza zamanı hər iki avtomobil deformasiyaya uğrayıb

Nəsimi rayonunda iki avtomobil toqquşub.

"Report"un xəbərinə görə, qəza zamanı hər iki avtomobil deformasiyaya uğrayıb.

Belə ki, yol-nəqliyyat hadisəsi Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsində qeydə alınıb. Bəhreyn vətəndaşı Səid Həsən kirayə götürdüyü "KİA" avtomobillə A.A Bakıxanov küçəsində orta yolla hərəkətdə olarkən qəfil sola dönmə əməliyyatı edib. Bu zaman sol yolla hərəkət edən "Nissan" "KİA" ya çırpılıb. Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb. Hadisə yerinə yol polisi əməkdaşları gəliblər. Sürücülərin ifadələri alınıb.

Avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.