Goranboyda avtomobil ağaca çırpılıb, sürücü ölüb


Sosial 19 İyl 2018 09:04:31 218 0

Goranboyda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Faktla bağlı araşdırma aparılır

Goranboy rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Safıkürd kənd sakini, 1992-ci il təvəllüdlü Əhmədov İlqar Elman oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil ağaca çırpılıb. Nəticədə sürücü aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.