Təlimli robotlar hərbçilərə kömək edəcək


Digərləri 19 İyl 2018 08:51:00 270 0

Təlimli robotlar hərbçilərə kömək edəcək

ABŞ Ordusu və Karnegi-Mellon Universitetinin mütəxəssisləri beynəlxalq konfrans çərçivəsində robotların təlimi üçün yeni metod nümayiş etdiriblər.

Son.az ICTnews-a istinadən bildirir ki, metod insan tərəfindən müxtəlif qərarlar qəbul edilən zaman toplanmış kompüter "təcrübəsi"nə əsaslanır. Tədqiqatçılar neyron şəbəkələrin öyrədilməsi prosesini sadələşdirərək onu tez və maksimum insan cəlb etməyən şəklə salıblar. Belə metod səhra şəraitində mütəmadi dəyişən missiyalar zamanı istifadə üçün ideal hesab edilir. Robota artıq döyüş meydanında qarşıya qoyulan vəzifəni həll edərək müxtəlif nöqtələr üzrə gizli hərəkət etməklə onlardan daldalanacaq kimi istifadə öyrədilib.