Bakıda turist qəza törədib FOTO


Digərləri 19 İyl 2018 08:53:00 283 0

Bakıda turist qəza törədib  FOTO

Qəza zamanı hər iki avtomobil deformasiyaya uğrayıb

Nəsimi rayonunda iki avtomobil toqquşub.

Son.az "Report"a istinadən bildirir ki, qəza zamanı hər iki avtomobil deformasiyaya uğrayıb.

Belə ki, yol-nəqliyyat hadisəsi Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsində qeydə alınıb. Bəhreyn vətəndaşı Səid Həsən kirayə götürdüyü "KİA" avtomobillə A.A Bakıxanov küçəsində orta yolla hərəkətdə olarkən qəfil sola dönmə əməliyyatı edib. Bu zaman sol yolla hərəkət edən "Nissan" "KİA" ya çırpılıb. Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb. Hadisə yerində yol polis əməkdaşları olublar. Sürücülərin ifadələri alınıb.

Avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.


Xəbərə aid fotolar