Skypeda danışıqları yadda saxlamaq mümkün olacaq
Digərləri 19 İyl 2018 08:41:00 271 0
"Skype" videomessencerinin növbəti yeniləməsində səsli və videozənglərin yazılması funksiyası əlçatan olacaq. Bundan əvvəl danışığın səs yazısını əldə etmək istəyən istifadəçilər kənar, əsasən pullu xidmətlərdən (məsələn, "Avaer") istifadə etmək məcburiyyətində idilər.
Son.az ICTnews-a istinadən bildirir ki, həmsöhbətlərdən biri danışığı yadda saxlamaq istədikdə digər həmsöhbətə bu haqda bildiriş göndəriləcək. Səs yazıları "bulud" saxlama sistemində saxlanıldığına görə onları istənilən qurğudan ("Windows", "Mac", "iOS", "Android" və hətta "Linux") dinləmək mümkün olacaq.
"Skype" proqramının yeni versiyası cari ayın sonuna kimi təqdim olunacaq.
Mənbə: milli.az