Bakıda gənc oğlanı çəngəllə vurublar


Digərləri 19 İyl 2018 08:43:00 295 0

Bakıda gənc oğlanı çəngəllə vurublar

Hadisə naməlum şəraitdə baş verib

Yasamal rayonunda evdə münaqişə zəmnində bir nəfər xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə xəsarət alan şəxsin evində baş verib.

Məmmədzadə küçəsi, 11 A ünvanında 1991-ci il təvəllüdlü Mustafayev Tərlan Ağa oğlu naməlum şəraitdə evdə xəsarətlər alıb.

O,1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər cərrahi əməliyyat zamanı müəyyən edib ki, T.Mustafayevə çəngəllə bir neçə dəfə zərbə vurulub.

Bununla bağlı Yasamal Rayon Polis İdarəsinə məlumat verilib.