Abşeronda orta yaşlı kişi bıçaqlanıb


Sosial 19 İyl 2018 08:45:00 312 0

Abşeronda orta yaşlı kişi bıçaqlanıb

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən parkda baş verib.

1979-cu il təvəllüdlü Zeynalov Elman Oqtay oğlu naməlum şəriatdə bıçaqlanıb. O, aldığı xəsarətlərə görə, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisənin təfərrüatları araşdırılır.