3Dli smartfon satışları artacaq


Digərləri 19 İyl 2018 08:25:00 296 0

3Dli smartfon satışları artacaq

"Sigmaintell" analitik şirkətinin qiymətləndirməsinə görə, 2018-ci ildə dünya bazarına "3D" skanetmə funksiyasına malik 100 milyondan çox smartfon tədarük olunacaq. "Apple" şirkəti belə qurğuların əsas tədarükçüsü olacaq. Amma mütəxəssislər bildirirlər ki, Çinin "Xiaomi", "Oppo" və "Vivo" kimi brendləri öz qurğularında, həmçinin "3D" skanetmə funksiyasını tətbiq edəcəklər.

Son.az ICTnews-a istinadən bildirir ki, "Apple" şirkəti 2017-ci ildə ilk dəfə qabaqcıl "iPhone X" smartfonunda sifətin "3D" skanetmə texnologiyasını tətbiq edib. Gözləntilərə görə, istifadəçini müəyyənləşdirməyə, ekranı blokdan çıxarmağa, həmçinin mobil ödənişləri həyata keçirməyə imkan verən bu funksiya ABŞ şirkətinin 2018-ci ilin payızında təqdim ediləcək 3 yeni modelində də mövcud olacaq.

"Apple" şirkətini addımbaaddım izləyən "Xiaomi" və "Oppo" şirkətləri, həmçinin yaxın vaxtlarda sifətin "3D" tanınması texnologiyasına malik smartfonlarını təqdim ediblər.