Vertikal uçuşlu təyyarə konsepti təqdim edilib


Digərləri 19 İyl 2018 08:15:00 242 0

Vertikal uçuşlu təyyarə konsepti təqdim edilib

Böyük Britaniyanın "Aston Martin" avtomobil istehsalçısı "Volante Vision Concept" özəl təyyarə konseptinin yaradılması üçün Krenfild Universiteti və "Cranfield Aerospace Solutions" və "Rolls-Royce" şirkətləri ilə səylərini birləşdirib. Bu barədə şirkətin press-relizində deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, 3 nəfərlik sərnişin tutumuna malik "Volante Vision Concept" vertikal uçuşlu təyyarə olmaqla hibrid mühərrik və avtopilotla təchiz edilib.

Konseptin yaradılması səbəblərindən danışan "Aston Martin" şirkətinin direktoru Endi Palmer bildirib ki, urbanizasiyaya məruz qalmış yerlərdə əhali sayının çoxalması ilə əlaqədar olaraq şəhərlərin yüklənməsi artır. "Biz tıxaclar, ətraf mühitin çirkləndirilməsi və mobillilik ilə bağlı problemlərin həlli üçün alternativ variantlar təqdim etməliyik. Hava ilə hərəkət gələcək nəqliyyatın əsas hissəsi olacaq. Yüksək sinifli servislə təchiz olunan "Volante Vision Concept" bütün problemlərin öhdəsindən gələcək", - şirkət direktoru qeyd edib.