Bakıda gənc oğlanı avtomobil vurub


Sosial 19 İyl 2018 07:39:32 209 0

Bakıda gənc oğlanı avtomobil vurub

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə 7-ci mikrorayonda qeydə alınıb.

A.Kumambayev küçəsində yolu keçən 1993-cü il təvəllüdlü Əfqanlı Mehgül Malik oğlunu avtomobil vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.