Kərkükdə ardıcıl beş partlayış törədilib, ölən və yaralananlar var


Dünya 19 İyl 2018 07:34:00 295 0

Kərkükdə ardıcıl beş partlayış törədilib, ölən və yaralananlar var

İraqın şimalında, Kərkük şəhərində ardıcıl beş partlayış baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "əs-Suməriyə"" telekanalı xəbər verib.

Məlumata əsasən, Bağdada gedən yolda,  Kərkuk administrasiyası yaxınlığında iki əldəqayırma partlayıcı qurğu işə salınıb. Şəhərin Əl-Hürriyə rayonunda iki səs qumbarası partladılıb. Daha bir partlayış uşaq poliklinikasının yaxınlığında törədilib.