Rusiyada bir sutkada 56 min hektar meşə yanıb


Dünya 19 İyl 2018 07:29:00 314 0

Rusiyada bir sutkada 56 min hektar meşə yanıb

Rusiyanın Uzaq Şərq regionunda  meşə yanğınları son sutka ərzində 56 minə yaxın hektar meşə sahəsini məhv edib.

Son.az APA-ya istinadən xəbər verir ki, ümumilikdə bölgədə  164 yanğın ocağı qeydə alınıb. Yakutiyada 112, Maqadan vilayətində - 42, Xabarovsk diyarında - 9, Saxalin vilayətində isə 1 meşə yanğını qeydə alınıb. Son sutka ərzində 25 yeni yanğın ocağı əmələ gəlib, 8-i söndürülüb. Sutka ərzində alov 55,8 min  hektar meşə sahəsini məhv edib.