Hər gün yediyimiz bu 2 məhsul insultdan da qoruyur


Digərləri 18 İyl 2018 23:40:00 284 0

Hər gün yediyimiz bu 2 məhsul insultdan da qoruyur

Əksəriyyətimiz səhər yeməyində kərə yağı və pendir yeyirik.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bu çox faydalı qida vərdişidir. Amerika alimləri aşkar ediblər ki, məhz bu 2 məhsulun gündəlik istehlakı bizi insultdan qoruyur.

Əvvəllər belə hesab olunurdur ki, yağlı süd məhsulları (yağ, pendir, xama və s.) orqanizmdə xolesterinin səviyyəsini və nəticəd ürək-damar sistemi xəstəliklərinin riskini artırır. Bu səbəbdən həkim və diyetoloqlar yağlı süd məhsullarından imtina etməyi və yağsız süd məhsullarının istehlakına keçməyi tövsiyə edirdilər.

Lakin son araşdırmalar göstərib ki, məhz yağlı süd məhsullarında olan yağlı turşular ürək və damarları qoruyur, insultun riskini azaldır.