Axşam meyvə yeməyin! Həkimlərdən tövsiyə


Digərləri 18 İyl 2018 23:29:00 383 0

Axşam meyvə yeməyin!  Həkimlərdən tövsiyə

Meyvə yüngül və kökəltməyən qida sayılır.

Bu səbəbdən bir çox arıqlamağa çalışan qadınlar axşamlar daha kalorili qidaları 1 boşaq meyvə ilə əvəz edir. Lakin bu çox böyük səhvdir və nəinki arıqlamağa kömək etmir, əksinə artıq kiloların yığılmasına səbəb olur.

Məsələ burasındadır ki, təbii şəkərlə zəngin olan meyvələrin istehlakı qanda şəkərin səviyyəsini qaldırır. Orqanizm şəkərin səviyyəsini normaya salmaq üçün insulinin istehlasını artırır. İnsulin piylərin parçalanması prosesini ləngidir və əksinə piylərin yığılmasına səbəb olur. Axşam saatlarında insanın hərəkətliliyi kəskin azalır, insan kalori sərf etmir və yediyimiz 1 boşqab "ziyansız" meyvə orqanizmdə piyə çevrilir.