FAO Azərbaycanda qida təhlükəsizliyi barədə


Digərləri 18 İyl 2018 22:40:00 285 0

FAO Azərbaycanda qida təhlükəsizliyi barədə

Qida məhsullarının bütün tədarük zənciri çərçivəsində operatorlara dəstək Azərbaycanda ərzaq təhlükəsizliyinin daha da yaxşılaşdırılmasına imkan verəcək.

Son.az bildirir ki, bu barədə Trend-ə müsahibəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak deyib.

M.Çakmak qeyd edib ki, qida təhlükəsizliyi üzrə səmərəli və səlahiyyətli agentliyin yaradılması yalnız ilk addımdır:

"Fermerlərə, istehsalçılara, ticarətçilərə və qida məhsullarının tədarük zəncirinin digər subyektlərinə də dəstək verilməlidir. Bunu müxtəlif treninqlərin keçirilməsi, proqramların hazırlanması və müxtəlif sektorlarda səmərəli istehsalat təcrübəsi üçün ümumi qaydaların köməyi ilə, həmçinin ictimaiyyətin daha da məlumatlandırılması üzrə kampaniyalarla və FAO-nun müxtəlif layihələri çərçivəsində digər tədbirlərlə təmin etmək mümkündür. Qida məhsullarının bütün tədarük zənciri çərçivəsində operatorlara dəstək vermək vacibdir".