Ürəyin yaxşı işləmədiyini göstərən


Digərləri 18 İyl 2018 22:48:00 275 0

Ürəyin yaxşı işləmədiyini göstərən

Təəssüf ki, bir çox hallarda bu xəstəliklər gizli inkişaf edir və onların ilkin simptomları digər xəstəliklərin simptomları ilə qarışdırılır.

Bu səbəbdən ürək-damar sistemi xəstəliklərinin ilkin gizli simptomlarını bilmək çox vacibdir. Son.az saglamolun.az-a istinadən bu simptomların siyahısını təqdim edir:

1. Yorğunluq və halsızlıq

Bir çox hallarda insanlar bunu digər səbəblərlə izah edir, lakin əgər yorğunluq heç nəyə baxmayaraq uzun müddət ərzində keçmirsə, kardioloqun müayinəsindən keçin.

2. Öskürək

Bu simptomu biz yalnız nəfəsalma sistemi xəstəlikləri ilə əlaqələndiririk. Lakin öskürək ürək xəstəliyi fonunda da meydana gələ bilər.

Öskürək müalicəyə baxmayaraq keçmirsə, uzanaq vəziyyətdə əmələ gəlirsə, kardioloqun müayinəsindən keçməyinizi tövsiyə edirik.