Sumqayıtda qəbiristanlıq zibilliyə çevrilib VİDEO


Digərləri 18 İyl 2018 22:22:00 276 0

Sumqayıtda qəbiristanlıq zibilliyə çevrilib  VİDEO

Sumqayıt şəhərində qəbiristanlıq zibilliyə çevrilib.

Son.az bildirir ki, tullantılar qəbirlərin ətrafına atılıb, qəbirlərdən çıxan torpaq da həmin əraziyə yığılıb. Hətta bir neçə qəbirin yolu tullantılar səbəbindən keçilməz hala gəlib.

Sakinlərin sözlərinə görə, məzarları ziyarətə gələnlərin əksəriyyəti tullantıları qəbiristanlığın ərazisinə atır.

Sumqayıt sakini İradə Süleymanova deyir ki, qıraq ərazilərdən də buraya zibil atanlar olur.