Azərbaycanlı aktrisa: "Mənim üçün yad ölkə anlayışı yoxdur" FOTO


Kriminal 18 İyl 2018 21:45:00 405 0

Azərbaycanlı aktrisa: "Mənim üçün yad ölkə anlayışı yoxdur"  FOTO

Aktrisa-yazar Gülay Hüseynovanın Son.az-a müsahibəsi.

- Gülay, türk məşhurlar qala-qala "Mercedes-Benz" Türkiyənin siması siz oldunuz. Bu necə baş verdi?

- Təklif gəldi, mən də qəbul etdim. Ssenari göndəriləndə "dəli oldum" (gülür). Reklam parkinq səhnəsi ilə başlayırdı, məndə maşın sürə bilmirəm. 3 gün içində nəinki maşın sürməyi, hətta 1 maşınlıq yerə park etməyi də öyrəndim. Amma çəkiliş meydançasında məni fikir götürmüşdü ki, bircə maşını vurmayım. Reklam üçün yeni və çox bahalı avtomobillər gətirilmişdi çünki (gülür).

- Azərbaycanda aktrisa kimi fəaliyyətə başlasanız da, yazar kimi məşhurlaşdınız. Niyə məhz bu sahədə sizdə hər şey daha yaxşı alındı?

- Aktrisalıq komanda işidir, yazarlıqsa fərdi bacarıq. Uğurlu bir film və ya serial ərsəyə gətirmək üçün o komandada gərək heç olmasa 80% bacarıqlı insanlar olsun ki, uzun illər yadda qalsın o iş. Yazarlıqda isə belə deyil. Yazar layihənin bir parçası deyil çünki, birbaşa yaradıcısıdır. Ürəkdən çalışdım, nəticəsini də gördüm.

- Bildiyim qədər Bakıda kifayət qədər yaradıcı komanda ilə çalışmısınız. Olmaya istedadınızı görüb, sizi gözləri götürmədi?

- Kiçik büdcələr insanların yaradıcılığını da bəzən keyfiyyətsiz şəkildə təqdim edir. 4 serialda davamlı rollarım olmasına baxmayaraq, geriyə dönüb baxanda gərək filan seriallarda oynamazdım dediyim də az olmur, məsələn. Bunun fərqinə vardığımdan gələn bir çox serial təkliflərinə "yox" deməyə başladım. Göz götürməmək məsələsini isə ümumiyyətlə, düşünməmişəm.

- Türkiyədə uğurlu işləriniz çox oldu. Hal-hazırda da "Kalbimin sultanı" serialında çəkilirsiniz. Bu seriala necə dəvət gəldi?

- Artıq 3 ilə yaxındır ki, İstanbulda yaşayıram. Türkiyəyə çatan kimi çəkilmək istəmirdim, düzü. Bir az mühitə alışmaq, Türkiyədəki film sektorunu incələmək və ən əsası kino təhsilimə fokuslanmaq istəyirdim. Gəldiyim gündən peşəkarlardan kino dərsləri almağa başladım. Paralel olaraq da 2 kitabım (P.S. Zaten boyun da küçüktü...", "ve bir Americano..") nəşr edildi və Türkiyənin dörd bir yanında onlarla imza günlərim keçirildi. "Kalbimin Sultanı"na gəlincə... Aktrisa olaraq, birlikdə 3 yadda qalmayan layihədə görünməkdənsə, üç ildə 1 layihədə görünüb "woow" dedirtməyi üstün tuturam. "Kalbimin Sultanı" da məhz o "wow" layihələrdən olduğu üçün sevə-sevə qəbul etdim. Təklif serialın rejissorundan gəlmişdi. Türk-Rus ortaq yapımı olan beynəlxalq bir layihə olduğu üçün aktyor seçiminə Rusiya və Türkiyə tərəfi birlikdə qərar verirdi.