Bir milyarddan çox insan kondisionersiz evlərdə yaşayır


Digərləri 18 İyl 2018 21:25:00 305 0

Bir milyarddan çox insan kondisionersiz evlərdə yaşayır

İsti havalarda kondisionerdən istifadə edə bilməyən bir milyarddan çox insan risk altındadır. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər BMT-nin "Hamı üçün dayanıqlı enerji" tərəfdaşlıq proqramının hesabatında yer alıb.

Proqramın rəhbəri, BMT baş katibinin xüsusi nümayəndəsi Reyçel Kayt hesabatın təqdimatı zamanı jurnalistlərə bildirib ki, 470 milyona yaxın insan yoxsul kəndlərdə yaşayır, onlar üçün təhlükəsiz ərzaq məhsulları və dərmanlar əlyetərli deyil. Habelə 630 milyon insan yoxsul şəhər məhəllələrində kondisioneri və güclü istilərdən müdafiəsi olmayan daxmalarda yaşayır.

Sənəddə kondisioner olmadığı səbəbindən əhalinin böyük hissəsinin riskə məruz qaldığı doqquz ölkənin - Banqladeş, Braziliya, Pakistan, Nigeriya, İndoneziya, Hindistan, Çin, Mozambik və Sudanın adı sadalanır.