Harrison Ford Cek Londonun romanı əsasında lentə alınan filmə çəkilə bilər


Digərləri 18 İyl 2018 21:15:00 330 0

Harrison Ford Cek Londonun romanı əsasında lentə alınan filmə çəkilə bilər

Məşhur Amerika aktyoru Harrison Ford tanınmış yazıçı Cek Londonun "Əcdadların harayı" adlı romanı əsasında lentə alınan filmə çəkilməsi ilə bağlı danışıqlar aparır.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Nəşrin xəbərinə görə, əgər aktyorla razılaşma əldə edilsə, Ford qızılaxtaran Con Tornton rolunu oynayacaq. Bildirilir ki, daha əvvəl Tornton obrazını Hollivud aktyoru 1935-ci ildə Klark Qeybl və 1972-ci ildə Çarlton Heston canlandırıb.