Səfir: Azərbaycan və Ukrayna əmtəə dövriyyəsini 1 milyard dollara çatdıra bilərlər


Digərləri 18 İyl 2018 21:01:00 241 0

Səfir: Azərbaycan və Ukrayna əmtəə dövriyyəsini 1 milyard dollara çatdıra bilərlər

Azərbaycan və Ukrayna əmtəə dövriyyəsini 1 milyard dollara çatdıra bilərlər.

Bakı. Azad Həsənli - Azərbaycan və Ukrayna əmtəə dövriyyəsinin bir milyard dollara çatdırılması üçün lazımi potensiala malikdirlər. Trend-in məlumatına görə, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev "İnformator" internet nəşrinə deyib. A.Xudiyev bildirib ki, son bir ildə ölkələr arasında əmtəə dövriyyəsi 2,5 dəfə artıb.