Qızının ölümünə səbəb olan şəxsin cinayət işi məhkəməyə göndərildi


Digərləri 18 İyl 2018 20:45:00 259 0

Qızının ölümünə səbəb olan şəxsin cinayət işi məhkəməyə göndərildi

Şamaxıda ölümlə nəticələn yol-nəqiliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlqar İbrahimov və Gülnarə Hüseynovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası iyulun 20-nə təyin edilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, ölümlə nəticələn yol-nəqiliyyat hadisəsi ötən il oktyabrın 2-də saat 9:00 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində baş verib.

Həmin ərazidə Bakı şəhər sakini G.Hüseynovanın və Ağsu rayon sakini İ.İbrahimovun idarə etdikləri "Mercedes" markalı iki avtomobil toqquşub. Nəticədə G.Hüseynovanın sərnişinləri - əri Elman Cəbiyev, qızı Nigar Hüseynova, habelə İ.İbrahimovun sərnişini - Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər.

Daha sonra İ.İbrahimov və G.Hüseynova saxlanılıb.