Qulam İshaqzai: ANAMA digər ölkələrdə də minatəmizləmə əməliyyatlarında fəal iştirak edir


Digərləri 18 İyl 2018 20:35:00 283 0

Qulam İshaqzai: ANAMA digər ölkələrdə də minatəmizləmə əməliyyatlarında fəal iştirak edir

ANAMA təkcə Azərbaycanda deyil, digər ölkələrdə də minatəmizləmə əməliyyatlarında fəal iştirak edir.

Bakı. Elçin Mehdiyev - ANAMA təkcə Azərbaycanda deyil, digər ölkələrdə də minatəmizləmə əməliyyatlarında fəal iştirak edir. Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) yaranmasının 20-ci ildönümü münasibətilə keçirilən yubiley mərasimində deyib. Qulam İshaqzai ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, təmsil etdiyi təşkilat ANAMA ilə səmərəli əməkdaşlıq edir və bu əməkdaşlıq bundan sonra da davam edəcək. Tədbirdə ANAMA-nın rəhbərliyi, Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, daxili işlər nazirinin müavini Oruc Zalov, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.